Əsas funksionallıqlar və dizayn prinsipləri yenidən işlənərək istifadəyə təqdim olundu. Giriş
səhifəsi, dərs cədvəli, elan paneli, profil menyusu, mövzu rejimləri (açıq və tünd) istifadəçi
təcrübəsinə uyğunlaşdırıldı.
Sidebar menyusu qruplaşdırıldı, ikonlar fərqləndirildi, hər bir keçid işlək vəziyyətdədir. Dərs
cədvəli filtr və sıralama funksiyaları ilə təkmilləşdirildi.
Nəticədə tələbələrin ehtiyaclarına cavab verən, sürətli, funksional və vizual baxımdan rahat bir
sistem ərsəyə gəldi. Mobil uyğunluq və qaranlıq rejim kimi xüsusiyyətlər tələbə həyatını daha da
asanlaşdırır.
Bu layihədə əsas məqsəd UNEC-in tələbə kabinetinin həm vizual, həm də funksional cəhətdən
müasirləşdirilməsi idi. Əvvəlki sistem istifadəsi çətin, mobil uyumsuz və informasiyaya doymuş
bir struktura malik idi. Biz bu sistemi daha istifadəyə yararlı və göz yormayan hala gətirdik.